“Biz iki ölkә arasında mәsәlәlәrә müdaxilә edә bilmәrik”. APA-nın mәlumatına görә, bu sözlәri Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) koordinasiya komissiyasının sәdri Simon Kappalos ermәni idmançılara münasibәtlә bağlı suala cavab verәrkәn deyib. O bildirib ki, oyun meydançalarında rәqabәt normal şәkildә hәyata keçirilir: “Oyunlar üçün normal ab-hava yaradılıb”.
Bu mәsәlә ilә bağlı açıqlama verәn Saymon Kleq isә qeyd edib ki, ermәni medalçı Miqran Arutunyan açıqlamasında azәrbaycanlıların onu yaxşı qarşıladığını söyləyib vә buna görә tәşәkkür edib: “Bu, idmanın gücünü göstәrir”.
S. Kappalos Azərbaycanın idman sahәsinә böyük vәsait yatırdığını da vurğulayıb. Onun sözlərinə görə, tәkcə idman deyil, gәnclәr vә digәr sahәlәrin inkişafına da böyük investisiya qoyulur: “Azәrbaycan bundan sonra “Formula 1”, Şahmat Olimpiadası, İslam Hәmrәyliyi Oyunları vә futbol üzrə “Avro 2020”nin yarışlarına ev sahibliyi edәcәk. Bunlar hamısı onu göstәrir ki, Azәrbaycanda Olmpiya Oyunlarının keçirilmәsi üçün böyük imkan var”.