“Söz vermişdim ki, ən azı finala çıxacağam” – Fəridə Əzizova
18 iyun 2015 18:18 (UTC +04:00)

“Söz vermişdim ki, ən azı finala çıxacağam” – Fəridə Əzizova

“Yanvarın 5-dən Avropa Oyunlarına hazırlaşırdım. Bundan öncə dünya çempionatına və bir neçə beynəlxalq turnirlərə qatılmağımıza baxmayaraq, əvvəlcədən bilirdik ki, ilk Avropa Oyunları Azərbaycanda keçiriləcək. Buna görə də psixoloji olaraq bu yarış üçün xüsusi hazırlaşırdıq”. Bunu apasport.az saytına Azərbaycan taekvondoçusu Fəridə Əzizova deyib.

 

Bakı-2015 Avropa Oyunlarında 67 kq çəki dərəcəsində finala vəsiqə qazanan idmançımız yarımfinalda isveçli Elin Yohansson üzərində qələbədən sonra təəssüratlarını bölüşüb: “Özümə söz vermişdim ki, ən azı finala çıxacağam. Artıq finaldayam, özümlə və mənə dəstək olan xalqımla qürur duyuram. Onlara təşəkkürümü bildirmək istəyirəm ki, mən o arenaya çıxanda gurultulu alqışlarla mənə güc verirlər. Bu, artıq rəqiblərimə psixoloji təsir göstərir”.

 

O, 1/4 finalda türkiyəli Nur Tatarla döyüşün bir qədər çətin keçdiyini bildirib: “Onunla dostluq münasibətlərim var. Bu baxımdan daha çətin oldu”.

 

Qeyd edək ki, taekvondoçumuz çempionluq üçün Anastasiya Barişnikova (Rusiya) ilə mübarizə aparacaq. Görüş saat 22:15-də başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292

Oxşar yazılar