“Rusiyada keçirilən futbol üzrə dünya çempionatı turnirin tarixində ən yaxşısıdı”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu FİFA prezidenti Canni İnfantiono bildirib.
Qurum başçısı bu gün Moskvadakı “Lujniki” stadionunda keçirdiyi mətbuat konfransında çempionatın turnirin tarixində ən yaxşı olmasını fikirlərini belə əsaslandırıb: “Rusiyada keçirilən çempionat ərzində stadionlar 98 faiz dolub. DÇ-ni izləmək üçün ölkəyə 1 milyondan çox turist gəlib. DÇ-nin matçlarını 3 milyarddan çox adam televiziyadan izləyib. Rusiyanın şəhərlərindəki azarkeş festivallarına 1 milyondan çox adam qatılıb. Bütün bunlar yüksək göstəricidi. Ona görə də Rusiyada keçirilən DÇ turnirin tarixinə ən yaxşı kimi düşüb”.
İnfantino çempionatın təşkilinə görə Rusiya rəhbərliyinə təşəkkürünü bildirib: “Çox möhtəşəm çempionat keçdi. Rusiya xalqına, bütün Rusiyaya təşəkkür edirəm. Rusiya hökumətinə, prezident Vlaidmir Putinə, yerli təşkilat komitəsinə, Rusiya Futbol İttifaqına minnətdaram”.
FİFA prezidenti Xorvatiyanın finala yüksəlməsi barədə də danışıb: “Balkanlılar çempionatda möhtəşəm oyun göstərdi. Bu gün Xorvatiya Avropada futbolun lokomotividi".