![“Bakıda pilotun səhv etməyə haqqı yoxdur” - Lens Stroll](https://lent.az/storage/news/2019/april/24/big/2487d82d804e2709befd5a593907465c.jpg)
“Bakıda pilotun səhv etməyə haqqı yoxdur” - Lens Stroll
“Bakıdakı həftəsonunu öncəsi həqiqətən də səbirsizəm. Mənə çox yaxşı tanış olan bu trasdan əla xatirələrim var”.
ONA-nın məlumatına görə, bunu “Formula-1” pilotu Lens Stroll deyib.
“Reysinq Point” komandasının üzvü Bakıda keçiriləcək Azərbaycan Qran-Prisi barədə fikirlərini açıqlayıb: “Bakıda ilk dəfə podiuma 2017-ci ildə qalxmışam. Ötən il də burda xal topladım. Bakıda elə tras var ki, orda imkanlarından istifadə etməlisən. Ümumiyyətlə şəhər traslarından xoşum gəlir. Bakıda isə idarəçilik üçün əla trek var. Dövrə kifayət qədər çətindir, pilot öz ustalığını göstərməlidir. Orda 90 dərəcəlik döngələr və sürətli hissələr çoxdur. Dövrənin sonu çox əyləncəlidir. Divarlar yaxın olduğundan tras dardır və pilotun səhv etməyə haqqı yoxdur. Belə yarışı televiziyada izləmək də çox maraqlıdır. Qarşıdakı həftəsonu xal qazanmaq üçün əla imkandır. Bu trasın bizə Çin və ya Bəhreynlə müqayisədə daha münasib olduğunu düşünürəm. Simulyatorda böyük iş görmüşük və mən gərgin mübarizə gözləyirəm”.
Qeyd edək ki, L.Stroll ötən il Bakıdakı mərhələ yarışında 8-ci yeri tutaraq 4 xala sahib olub.
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![Fransızlar Olimpiya bayrağını tərsinə asdılar - FOTO](https://lent.az/storage/news/2024/july/27/big/66a425db1a1a766a425db1a1a8172203362666a425db1a1a366a425db1a1a5.jpg)
Fransızlar Olimpiya bayrağını tərsinə asdılar - FOTO
27 iyul 2024 , 02:41Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib - VİDEO
26 iyul 2024 , 21:58![Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir](https://lent.az/storage/news/2024/july/26/big/66a3e1d5863ff66a3e1d586400172201621366a3e1d5863f966a3e1d5863fc.jpg)
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir
26 iyul 2024 , 21:50![Paris Olimpiada Oyunları başlamamış iranlı idmançı qovuldu](https://lent.az/storage/news/2024/july/26/big/66a3a3f3c97d766a3a3f3c97d8172200037166a3a3f3c97d266a3a3f3c97d4.jpg)
Paris Olimpiada Oyunları başlamamış iranlı idmançı qovuldu
26 iyul 2024 , 19:07![Ronaldo ailəsi ilə tətildə](https://lent.az/storage/news/2024/july/26/big/66a383fd5fc4666a383fd5fc64172199218966a383fd5fc4066a383fd5fc43.jpg)
Ronaldo ailəsi ilə tətildə
26 iyul 2024 , 18:02![Ərəblər "Barselona"nın bu hücumçusunu alır](https://lent.az/storage/news/2024/july/26/big/66a37262ece7366a37262ece74172198768266a37262ece7066a37262ece72.jpg)
Ərəblər "Barselona"nın bu hücumçusunu alır
26 iyul 2024 , 15:26!["Barselona"nın kapitanı o olacaq](https://lent.az/storage/news/2024/july/26/big/66a333072664a66a333072664b172197146366a333072664766a3330726648.jpg)
"Barselona"nın kapitanı o olacaq
26 iyul 2024 , 09:48![12 yaşlı qızı zorlamaqda təqsirli bilinir: Olimpiadaya getdi](https://lent.az/storage/news/2024/july/25/big/66a23d1140c5d66a23d1140c5e172190849766a23d1140c5766a23d1140c5a.jpg)