"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan baş məşqçi Xavini hazırda kataloniyalılara rəhbərlik edən Pep Qvardiola ilə müqayisə edib.
“Mən danışıqlara başlamazdan əvvəl iki dəfə telefonda hər şeyi müzakirə etdik.
Qvardiola çox təcrübəlidir, Xavi isə baş mməşqçi kimi cəmi 5-ci mövsümünü yaşayır, onlardan yalnız üçü Avropada olub. Amma inanıram ki, onların futbola baxışları çox oxşardır”, - Lent.az xarici mediaya istinadla bildirir ki, Gündoğan deyib.
La Liqanın 13 turundan sonra "Jirona" 34 xal toplayıb və hazırda turnir cədvəlində birinci yerdədir. Xavinin komandası La Liqada eyni sayda oyundan sonra 30 xal toplayıb və üçüncü pillədə qərarlaşıb.