Xavi  məşhur məşqçi ilə dalaşdı:   Polis ayırdı
29 noyabr 2021 18:56 (UTC +04:00)

Xavi məşhur məşqçi ilə dalaşdı: Polis ayırdı

“Barselona”nın baş məşqçisi Xavi Ernandeslə “Vilyarreal”lı həmkarı Unay Emeri dalaşıb.

Apasport.az saytının məlumatına görə, hadisə La Liqanın XIII turunda komandalar arasında keçirilən matçdan sonra baş verib.

Kataloniyalıların səfərdə 3:1 hesabı ilə qalib gəldiyi görüşün ardından ev sahiblərinin çalışdırıcısı hakim idarəçiliyindən kəskin narazılıq edib, bir neçə penaltilərinin verilməməsindən şikayətlənib. Hətta Emeri tribunaların altındakı otaqda əsəbi halda Xavi ilə də mübahisəyə girişib. Gənc mütəxəssisin buna eyni şəkildə reaksiya verməsi vəziyyəti cütlük arasında dava-dalaş həddinə gətirib. Məşqçilərin əlbəyaxa olmasına araya girən polis mane olub.

Ara sakitləşdikdən sonra Emeri həmkarına tərəf yaxınlaşıb və barışıq elan olunub.

# 1551
avatar

Oxşar yazılar