Türkiyə Super Liqası Avropada  liderdir:   Baş məşqçi  qovulmasına   görə
07 fevral 2025 19:26 (UTC +04:00)

Türkiyə Super Liqası Avropada liderdir: Baş məşqçi qovulmasına görə

Türkiyə Super Liqasında məşqçilərin qeyri-sabitliyi günü-gündən artır, komandalar məşqçilərə arxalana bilmir. Xüsusilə aşağı pillələrdə qərarlaşan komandalar uğursuz nəticələrdən sonra dəyişiklik axtarsalar da, liqa məşqçi gedişinə görə Avropadakı zirvəni heç bir ölkəyə əldən verməyib.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, son 12 gündə 4 məşqçinin yolları ayrıldığı halda, 11 komandadan 17 məşqçi bu mövsümdə vəzifələri ilə vidalaşıb. Bu göstəriciyə görə Türkiyə bu günə qədər Avropada birinci yerdədir.

Gedən və ya qovulan məşqçilər bunlardır: Abdullah Avcı, Özhan Palut, Mixael Valkanis, Burak Yılmaz, İsmet Taşdemir, Ali Çamdalı, Sami Uğurlu, Fatih Tekke, Serkan Damla, Covanni van Bronhorst, Bülent Uyğun, Rıza Çalımbay, Aleks de Souza, Mustafa Dalçı, Hkan Keleş, Sinan Kalınoğlu, Volkan Demirel.

İngiltərə, Fransa və İtaliya

6 məşqçi Liqa 1 (Fransa) və Premyer Liqadan (İngiltərə) qovulduğu halda, beş nəfər A Seriya (İtaliya), dörd nəfər isə Bundesliqa (Almaniya) və La Liqa (İspaniya) ilə vidalaşıb. İkirəqəmliyə görə Türkiyə Super Liqası İngiltərə, Fransa və İtaliya liqaları qədər təkbaşına məşqçi dəyişikliyi edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522

Oxşar yazılar