Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk tarixi rekord qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, bu, su polosu yarışında reallaşıb.
Qadınlardan ibarət ABŞ yığması meydan sahibi Yaponiyanı 25:4 hesabı ilə məğlub edib. Bu hesab isə yeni Olimpiya rekordu müəyyənləşdirib. İndiyə qədər Olimpiadalarda heç vaxt belə böyükhesablı nəticə olmayıb.
Qələbə sayəsində ABŞ yığması aktivinə 2 xal yazdırıb.