Futbolçu Mesut Özilə hücum
01 aprel 2021 18:18 (UTC +04:00)

Futbolçu Mesut Özilə hücum

Tanınmış futbolçuya hücum edənlərə 100 ildən çox cəza verildi

Türk əsilli alman futbolçu Mesut Özilə hücum edən dəstə üzvlərinə cəza verilib.

Lent.az xarici mediaya istinadən bildirir ki, 2 il əvvəl ulduz futbolçuya hücum edən dəstə üzvlərinə ümumilikdə 100 ildən çox həbs cəzası verilib. Özilin 200 min sterlinq (təxminən 468 min manatlıq) saatını oğurlamaq istəyənlərin əvvəllər də bir neçə cinayət hadisəsi törətmələri qeyd edilir.

Xatırladaq ki, 2019-cu ilin aprel ayında baş verən soyğunçuluğa cəhd zamanı Məsud Özil İngiltərənin “Arsenal” klubunda çıxış edirdi. Soyğun zamanı onu həmkarı Sid Kolasinak qorumuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2967
avatar

Mehman Nəbiyev

Oxşar yazılar