Azərbaycanın tamblinq üzrə milli komandası Parisdə keçirilən “Tumbling French Cup” turnirində qızıl medal qazanıb.
Azərbaycan Gimnastika Federasiyasından Lent.az-a verilən məlumata görə, Tofiq Əliyev, Adil Hacızadə və Mixail Malkin komanda hesabında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Fərdi proqramda isə M.Malkin birinci, A.Hacızadə ikinci olub.