Avropa çempionatlarının bir turnirində ən çox qol vuranların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi cədvəldə eyni tsikldə seçmə və final mərhələlərində daha çox qola imza atanlar yer alıb.
Siyahıya Davor Şuker başçılıq edir. Xorvatiyalı AVRO-1996-da 15 dəfə fərqlənib. O, seçmə mərhələdə 12, final turnirində 3 qol vurub.
Polşalı Robert Levandovski 14 dəfə rəqib qapısına yol tapıb. Bolqarıstanlı Xristo Stoiçkov isə 13 qola sevinib.