Stüardlar Formula 1 qaydalarına yenidən baxmağı təklif etdilər
05 aprel 2023 04:39 (UTC +04:00)

Stüardlar Formula 1 qaydalarına yenidən baxmağı təklif etdilər

Stüardlar Formula 1 rəhbərliyini təkrar startdan əvvəl təhlükəsizlik avtomobilinin arxasınca pelotonun formalaşması qaydalarını yenidən nəzərdən keçirməyə çağırırlar.

APA xəbər verir ki, ötən bazar günü Aleks Elbonun avtomobilinin qəzaya uğraması ilə əlaqədar, yürüş qırmızı bayraqlarla dayandırılıb və pilotlar pit-leynə qayıdıblar. Sonra təkrar start elan olunub, pilotlar trasa dönərək lazımi qaydada düzülüblər. Pilotların əksəriyyəti ardıcıllığı qoruyub saxlamaqdan ötrü 6-cı döngədə sürəti azaldıblar. Lando Norris, Oskar Piastri, Esteban Okon, Serxio Peres və Karlos Sayns bolidin sürətini xeyli aşağı salıblar.

Bundan xəbər tutmayan Quanyuy Çjou, Valtteri Bottas, Loqan Sarjent və Kevin Maqnussen döngəyə yüksək sürətlə daxil olub və qəzadan yaxa qurtarmaqdan ötrü tədbir görməli olublar. Bu səbəbdən Maqnussen hətta çınqıla çıxıb.

Stüardlar qərar veriblər ki, pilotlardan heç biri cəzalandırılmasın. Lakin izah ediblər ki, insidentə səbəb Corc Rasselin pit-leyndən asta sürətlə çıxması olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1779
avatar

Oxşar yazılar