Şəhriyar Məmmədyarov
10 iyul 2021 21:25 (UTC +04:00)

Şəhriyar Məmmədyarov

Şəhriyar Məmmədyarov Harri Kasparovu 7 gedişə məğlub etdi

Rapid və blits şahmat üzrə “Grand Chess Tour” davam edir.

Apasport.az saytının məlumatına görə, Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan yarışda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün növbəti görüşlərini keçirib. 

O, VI tur çərçivəsində 13-cü dünya çempionu Harri Kasparovla qarşılaşıb. Azərbaycan şahmatının yetirməsi olan rəqibi ilə ilk dəfə üz-üzə gələn Məmmədyarov rəqibinə cəmi 7 gedişə qalib gəlib.

Qeyd edək ki, yarış iyulun 12- də bitəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3138
avatar

Oxşar yazılar