“Sabah”ın baş məşqçisi Murad Musayev “Krasnodar”ın qapıçısı Matvey Safonovu Rusiya çempionatının ən yaxşı qapıçısı adlandırıb.
Lent.az xatırladır ki, mütəxəssis 2018-2021-ci illərdə "Krasnodar"ın çalışdırıcısı olub.
“Düşünürəm ki, o, çempionatın ən yaxşı qapıçısıdır. O, komandada bir nömrə oldu. Özünü güvənli hiss edir. Və o, öz üzərində işləməyə davam edir", - Musayev deyib.
Əlavə edək ki, Safonov əsas komandada 139 oyun keçirib, onlardan 41-də qapıdan ol buraxmayıb.
Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt”ın məlumatına görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.