Dohada (Qətər) keçirilən cüdo üzrə dünya çempionatının təşkilatçıları yarışa paltarlarına Müəddəs Georgi lenti taxaraq gələn rusiyalı azarkeşləri arenadan qovub.
Lent.az bu barədə xarici mediaya istinadla məlumat verir.
“Təşkilatçılar tamaşaçılardan əşyaları (Müqəddəs Georgi lentləri – red.) çıxarmağı xahiş ediblər, lakin onlar bundan imtina ediblər. Buna görə də onlardan arenanı tərk etmələri tələb olunub, onlar artıq yarışlarda iştirak edə bilməyəcəklər", - Beynəlxalq Cüdo Federasiyasının (IJF) oyunlardakı nümayəndəsi deyib.
Mayın 7-də Qətərdə başlayan cüdo üzrə dünya çempionatı 14-dək keçiriləcək. Rusiya və Belarus idmançılarına neytral statusda yarışmağa icazə verilib.