“Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runi oğlu Kayın İngiltərə klubu ilə müqavilə imzalaması barədə məlumat yayıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, tanınmış futbolçu foto paylaşaraq yazıb: “
“Əlamətdar bir gündür. Kay “Mançester Yunayted” ilə bir müqavilə imzaladı. Yaxşı işlərə davam et, oğlum. Mən səni sevirəm”.
Xatırladaq ki, Ueyn Runi “Mançester Yunayted” ilə 17 mükafat qazanıb. O, 5 dəfə İngiltərə Premyer-liqasının və Çempionlar liqasının qalibi olub.
Runi bu komandada keçirdiyi 559 oyunda 253 qol vurub, 146 məhsuldar ötürmə verib.