Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu sosial şəbəkədə yeni maşının yanında fotosunu yayımlayıb.
Lent.az xəbər verir ki, 38 yaşlı “Əl-Nasr”ın hücumçusu "Gucci" idman dəsti geyimində "Ferrari Purosangue" avtomobilinin qarşısında dayanıb.
Avtomobil 2022-ci ildə məhdud sayda satışa çıxarılıb.
Onun dəyəri təxminən 400 min dollardan başlayır.