Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu baş məşqçi Rudi Qarsiyanı istefaya göndərib.
Lent.az xarici mediaya istinadən bildirir ki, komanda bu barədə rəsmi Tvitter hesabında məlumat yayıb.
Mütəxəssislə müqaviləyə tərəflərin qarşılıqlı razılaşması ilə xitam verildiyi bildirilir. Fransalının baş məşqçi postunda kimin əvəzlənəcəyi barədə məlumat verilmir.
Aprelin 12-də "Marca" qəzeti "Əl-Nasr"ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldonun klub rəhbərliyindən Qarsiyanı işdən çıxarmağı xahiş etdiyini iddia edib. Məşqçinin komandanın futbolçuları ilə münasibətlərini korladığı, həmçinin rəhbərliyin ümidlərini doğrultmadığı vurğulanıb. Qarsiyanın birbaşa paltardəyişmə otağında oyunçularla münaqşəli olması bardağı taşıran son damla olub.
“Əl-Nəsr” 53 xalla Səudiyyə Ərəbistanı liqasının turnir cədvəlində ikinci yerdədir. Komanda lider “Əl-İttihad”dan 3 xal geri qalır.
Ronaldo 2022-ci il dekanrın 30-da “Əl-Nəsr”ə keçib. Portuqaliyalı ilə müqavilə iki illikdir. Onun klubdakı maaşı ildə 200 milyon avrodur ki, bu da onu dünyanın ən çox maaş alan idmançısı edir.