Ronaldo Messi qışqırıqlarını eşidəndə  dəhşətə gəldi
12 mart 2023 15:07 (UTC +04:00)

Ronaldo Messi qışqırıqlarını eşidəndə dəhşətə gəldi

Karyerasını Səudiyyə Ərəbistanı çempionatının "Əl Nassr" komandasında davam etdirən Kriştiano Ronaldodan inanılmaz hərəkət. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Ronaldo çempionluq yolunda əsas qarşılaşmalardan biri olan "Əl İttihad"la oyunda dəli olmaq həddinə çatıb.

“Əl Nəsr”ın çempionluq yolunda ən böyük rəqibi olan “Əl İttihad”a səfərdə 1:0 hesabı ilə uduzması ilə işlər daha da pisləşib... Bütün kritik mübarizə boyu Ronaldo hədəfə cəmi 1 zərbə tapa bilib. Bu, azarkeşlərin etirazına səbəb olub.

“Əl-İttihad” azarkeşlərinin “Messi” şüarlarını eşidən Ronaldo tribunalara “danışma” jesti edib və bununla da qalmayıb, meydanın kənarındakı su şüşəsini təpikləyib.

Oyundan sonra portuqaliyalı ulduz "Nəticə məyusedici oldu, lakin biz hələ də məqsədimizə və qarşıdakı oyunlara köklənmişik. Dəstəyiniz üçün “Əl Nəsr azarkeşlərinə təşəkkür edirik" , - deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5730
avatar

Oxşar yazılar