“Rubin” Rəşid Rəhimovun komandanın baş məşqçisi təyin olunduğunu açıqlayıb.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssislə müqavilənin müddəti barədə məlumat verilmir.
Məlumata görə, Rəhimovla müqavilə mövsümün sonuna kimi, klubun Rusiya Premyer Liqasına çıxacağı təqdirdə uzadılması ehtimalı ilə hesablanıb.
Məşqçinin son çalışdığı klub “Ufa” olub. Rəhimov 2021-ci ilin aprelində komandadan ayrılıb.
Aprelin 12-də “Rubin” klub və baş məşqçi Yuri Utkulbayevin əmək müqaviləsinə xitam vermək qərarına gəldiyini açıqlayıb. O, 2022-ci ilin noyabrından komandaya rəhbərlik edirdi.
“Rubin” 26 turdan sonra 47 xalla liqada ikincidir.