"Real Madrid"in ulduzunun yeni döyməsinin fotosu sosial şəbəkələrdə yayılıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, futbolçu Federiko Valverdenin ayağında Paris və London şəhərlərinin adları, eləcə də 22 və 24 rəqəmləri qeyd olunub.
Çempionlar Liqasının son turunda Valverde 13 matçda iştirak edib, bu oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. O, finalda Dortmund “Borussiya”sı ilə tam oyun keçirib (2:0).
Uruqvaylı 2018-ci ildə “Real Madrid”ə keçib. O vaxtdan bəri 258 matçda iştirak edib, 21 qol vurub və 23 məhsuldar ötürmə edib.
Çempionlar Liqasının final oyununda Federiko Valverde Madrid komandasının əsas oyunçusu olub.