"Real"ın 12 illik oyunçusu klubu TƏRK EDİR
20 yanvar 2024 13:26 (UTC +04:00)

"Real"ın 12 illik oyunçusu klubu TƏRK EDİR

“Real Madrid”in yarımmüdafiəçisi Luka Modriç hazırkı müqaviləsi başa çatdıqdan sonra İspaniya klubunu tərk edəcək.

Lent.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.

Mənbənin sözlərinə görə, futbolçu Madrid təmsilçisi ilə müqaviləsini yeniləməyəcək və karyerasını başqa klubda davam etdirəcək. Daha əvvəl xəbər verilib ki, 2024-cü ilin yayında Modriç Səudiyyə Ərəbistanı klublarından birinə keçə bilər.

Xorvatiyalı yarımmüdafiəçi 2012-ci ilin avqustundan “Real Madrid”də çıxış edir. 

Bu mövsüm o, Kral Klubunun heyətində bütün turnirlərdə 24 oyun keçirib, 1 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt Luka Modriçin cari transfer dəyərini 10 milyon avro olaraq qiymətləndirir.

Xatırladaq ki, Modriç “Qızıl top”un qalibidir. Xorvatiyalı oyunçu bu mükafatı 2018-ci ildə alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16926
avatar

Oxşar yazılar