"Real", İspaniyanın futbol klubu
10 dekabr 2020 10:42 (UTC +04:00)

"Real", İspaniyanın futbol klubu

“Real”dan Çempionlar liqası rekordu

0

Madrdidin “Real” klubu Çempionlar liqasının pley-offuna çıxmaqla bağlı rekorda imza atıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, dekabrın 9-da İspaniya təmsilçisi Münhenqladbahın “Borrusiya” klubunu 2:0 hesabı ilə məğlub edərək qrupda birinci yeri tutub. “Kral klubu” bununla da 29-cu dəfə qrupdan növbəti mərhələyə vəsiqə qazanıb.

Bundan əlavə, “Real”ın hücumçusu Kərim Benzema “Borrusiya” ilə oyunda qrup mərhələsində 50-ci qolunu vurub. Fransalı bu göstəriciyə görə, “Barselona”nın hücumçusu Lionel Messiyə və “Yuventus”un forvardı Kriştianu Ronalduya çatıb.

“Borrusiya” məğlubiyyətə baxmayaraq, qrupda ikinci yeri tutaraq növbəti mərhələyə çıxıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1423

Oxşar yazılar