PSJ-nin hücumçusu Kilian Mbappe “Real”in prezidenti Florentino Peresdən üzr istəyib.
Lent.az bildirir ki, bu barədə “Directo Gol” məlumat yayıb.
Xatırladaq ki, ötən yay 24 yaşlı hücumçu “Kral klubu”nun düşərgəsinə keçməyə yaxın olsa da, son anda PSJ ilə müqaviləni uzatmaq qərarına gəlib. İndi Mbappenin yenidən “Real”a keçməyi hədəflədiyi iddia edilir.
Əlavə edək ki, Kilian bu mövsüm Paris təmsilçisində 37 oyun keçirib və 34 qol vurub. Onun PSJ ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir, hücumçunun transfer qiyməti 180 milyon avrodur.