“Real” hələ də “Mançester Siti”nin hücumçusu Erlinq Haalandı transfer etməkdə maraqlıdır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, klub norveçlini 2024-cü ildə komandaya qoşulmağa razı salmaq niyyətindədir.
Mənbənin məlumatına görə, “Mançester Siti” 22 yaşlı futbolçu üçün yeni müqavilə hazırlayır və bu müqaviləyə əsasən, Erlinqin 150 milyon avroluq sərbəst qalma müddəası qüvvədən düşəcək.
Lakin “Real” bu prosesdən narahat deyil və hələ də oyunçu ilə müqavilə imzalamaq istəyir.