İspaniya Kubokunda 2-ci finalçının adına aydınlıq gəlib.
Lent.az xəbər verir ki, ötən ay Madriddə 0:1 uduzmuş "Real" bu dəfə "Barselona"nı "Kamp Nou"da darmadağın edərək həm qisasını alıb, həm də finala çıxıb. Vinisiusun qolu və Kərim Benzemanın het-triki Kral klubuna qələbə qazandırıb.
Beləliklə, mayın 6-da Sevilya şəhərində "Real" və "Osasuna" final görüşünə çıxacaq.