Ranyeri bu klubun  baş məşqçisi   oldu
24 dekabr 2022 18:42 (UTC +04:00)

Ranyeri bu klubun baş məşqçisi oldu

1

İtaliyalı mütəxəssis Klaudio Ranyeri "Kalyari"nin baş məşqçisi işləməyə razılaşıb. 

Lent.az bildirir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, dekabrın 20-də Fabio Liverani sardiniyalıların baş məşqçisi vəzifəsindən istefa verib.

Mənbənin məlumatına görə, 71 yaşlı italiyalı 2023-cü ilin yanvarında “qırmızı-göylər”ə başçılıq edəcək. Mütəxəssisin klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Əlavə edək ki, hazırda "Kalyari" B Seriyasının turnir cədvəlində 18 oyundan sonra 22 xalla 14-cü yerdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2182

Oxşar yazılar