"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola südün hücumçu Erlinq Haalandın uğurlu çıxışına həlledici təsirini şübhə altına alıb.
“Haland özünü çox güclü hiss edir. İnsanlar onun süd içdiyini deyirlər. Mən də bu sehrli iksiri içdim, amma 50 qol vurmadım.
Haalandı təqlid etmək istəyən oğlanlara məsləhət görərdim ki, içkilərinə deyil, bacarıqlarına baxmağa çalışsınlar”, - Lent.az xarici mediaya istinadla bildirir ki, Qvardiola deyib.
Xatırladaq ki, "Mançester Siti"nin norveçli hücumçusu Premyer Liqanın 28-ci turunun "Vest Hem"lə təxirə salınmış oyununda qol vurub. Bu, hücumçunun cari mövsümdə vurduğu 35-ci qol olub. Haaland bir mövsümdə vurulan qollara görə Premyer Liqada bütün zamanların rekordunu qırıb.