Qvardiola bu göstəriciyə görə  Ançelottini geridə qoydu
20 aprel 2023 15:25 (UTC +04:00)

Qvardiola bu göstəriciyə görə Ançelottini geridə qoydu

Çempionlar Liqasının 1/4 finalında "Bavariya" ilə qarşılaşma "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola üçün bir çox cəhətdən xüsusi olub.

Xatırladaq ki, İngiltərə çempionu Münhendə keçirilən cavab oyununda heç-heçə edib və bunun sayəsində turnirin yarımfinal mərhələsinə adlayıb.

Lent.az bildirir ki, “BT Sport”un məlumatına görə, Almaniyadakı mübarizə artıq “şəhərlilər”in başında duran mütəxəssis üçün 400-cü olub. Eyni zamanda, futbolçular öz baş məşqçilərinə daha bir nailiyyət verə bilməyiblər.

“Mançester Siti” oyunun son dəqiqələrində qələbəni əldən verməsəydi, o zaman bu, 52 yaşlı ispaniyalı üçün Çempionlar Liqasında 100-cü qələbəyə çevriləcəkdi. İndi yubiley qələbəsi üçün "Real” ilə yarımfinal qarşılaşmasını gözləməli olacaqlar.

Buna baxmayaraq, mütəxəssisə daha bir unikal nailiyyət təqdim edilib. Pep Qvardiola komandasını on dəfə Çempionlar Liqasının yarımfinalına çıxaran ilk mütəxəssis olub. Ən yaxın təqibçi Karlo Ançelottidir, onun 9 belə çıxışı var.

Qeyd edək ki, Pep də turnirin finalında 3 oyuna çıxıb. 2009 və 2011-ci illərdə "Barselona" ilə iki dəfə turnirin qalibi olub, "Mançester Siti" ilə 2021-ci ildə "Çelsi"yə uduzub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1761
avatar

Oxşar yazılar