“Qarabağ”ın keçmiş oyunçusunun  son vəziyyəti   AÇIQLANDI
27 aprel 2023 17:53 (UTC +04:00)

“Qarabağ”ın keçmiş oyunçusunun son vəziyyəti AÇIQLANDI

"Krasnodar"ın hücumçusu Kadi Borxesin agenti Helsio Alisk müştərisinin durumu haqda danışıb.

Lent.az xarici mediaya istinadla xatırladır ki, “Spartak” – “Krasnodar” (4:3) oyununun ikinci hissəsinin əvvəlində “qırmızı-ağ”ların müdafiəçisi Georgi Cikia çiyni rəqibinin başına dəyib. Bundan sonra Kadi qazona yıxılaraq huşunu itirib. "Spartak"ın futbolçusu Borxesin dilini çıxarıb, bundan sonra həkim briqadası meydana daxil olub.

Krasnodarlı futbolçu huşunu itirərək xərəkdə aparılıb, xəstəxanaya yerləşdirilib və sınıq diaqnozu qoyulub.

“Mən bərpa vaxtını bilmirəm. Amma o, yaxşıdır”, - futbolçunun agenti deyib.

Kadi 2023-cü ilin yanvarında “Qarabağ” klubundan "Krasnodar"a keçib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3396
avatar

Oxşar yazılar