“Qarabağ” üçün REVANŞ ANI
12 iyul 2022 09:22 (UTC +04:00)

“Qarabağ” üçün REVANŞ ANI

Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” mövsümdə ikinci matçına çıxacaq.

Qurban Qurbanovun yetirmələri Polşa çempionu “Lex”i qəbul edəcək. Ötən həftə Poznanda rəqibinə 0:1 hesabı ilə məğlub olan ağdamlılar Tofiq Bəhramov adına Respublika Stadionunda bunun revanşını almağa çalışacaq.

Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə qarşılaşacaq. Uduzan komanda isə Konfrans Liqasının II təsnifat mərhələsində “Slovan” (Bratislava, Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu ilə üz-üzə gələcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
12 iyul
20:00. “Qarabağ” (Azərbaycan) – “Lex” (Polşa)

Baş hakim: Endryu Medli (İngiltərə)
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun – 0:1

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1740
avatar

Oxşar yazılar