"Qarabağ" bir oyuna görə 2400 manat cərimələndi
27 aprel 2023 13:34 (UTC +04:00)

"Qarabağ" bir oyuna görə 2400 manat cərimələndi

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Lent.az-ın məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının 31-ci turunda baş verənlər müzakirə olunub.

Çempionatın lideri “Qarabağ”ın  “Zirə” ilə oyununda 4 futbolçusu sarı vərəqə aldıqlarına görə Ağdam klubu 800 manat cərimə edilib. Oyundan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Qarabağ" daha 1600 manat cərimələnib.

Qarşılaşmadan sonra “Zirə”nin “A buraxılışı” olmayan nümayəndələrinin meydançaya daxil olması üzündən qəsəbə klubu 800 manat ödəyəcək. İntizam Məcəlləsinin 50.7 bəndini pozduğuna görə klub 2000 manat da cərimələnib.

“Səbail” - “Neftçi” oyununda 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 800 manat ziyana düşüb. “Sumqayıt” – “Qəbələ” görüşündə Təcili Tibbi Yardım maşını təyin olunan vaxtdan gec gəldiyinə görə “Gənclik şəhəri” təmsilçisi 400 manat cərimələnib. Bu qarşılaşmada meydançaya kənar əşyaların atılması “Sumqayıt”a 1600 manata başa gəlib. 6 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qəbələ” 800 manat xərcə düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1230
avatar

Oxşar yazılar