Mauro İkardidən "Qalatasaray"a şad xəbər... Sarı-qırmızılı klubun mövsümün əvvəlində PSJ-dən icarəyə götürdüyü argentinalı hücumçu hazırda "Qalatasaray"da qalmağa çox yaxındır.
Lent.az Türkiyə KİV-nə istinadla bildirir ki, Fransanın RMC Sport radiosunun iddiasına görə, sarı-qırmızılıların rəhbərliyi nəhayət İkardinin bonservisi ilə bağlı PSJ ilə razılaşıb. Fransa klubuna ödəniləcək məbləğlə bağlı məlumat verilməsə də, rəhbərliyin 30 yaşlı hücumçu ilə də əl sıxışdığı bildirilib. Tərəflərin mövsümün sonunda 3 illik müqavilə imzalamağa hazırlaşdıqları bildirilir.
Taraftarla arasında çok sıkı bir bağ kuran Icardi'nin Galatasaray'da çok mutlu olduğu ve bu yüzden ayrılmayı aklından bile geçirmek istemediği öğrenildi.
Azarkeşlərlə çox sıx əlaqə quran İkardinin "Qalatasaray"da çox xoşbəxt olduğu və bu səbəbdən ayrılmaq barədə düşünmək belə istəmədiyi öyrənilib.
Həyat yoldaşı Vanda Naranın da meneceri olduğu İkardinin gələcəyindən danışarkən deyib: "Onu İstanbula gəlməyə inandırdım. İkardinin bu gününə, arzularına və gələcək hədəflərinə görə xoşbəxtəm. Türkiyədə çox az qaldım, iş üçün getməli oldum.Ancaq daha çox yaşamaq istərdim. İstanbul inanılmaz bir şəhərdir".
"Bəzi insanlar nəyinsə olmasını istəyir, bəziləri bunu xəyal edir, bəziləri bunu reallaşdırır", - bunu isə İkardi vurğulayıb.