Qalatasarayın futbolçusu imtahana dostunu göndərdi və...
27 yanvar 2022 01:29 (UTC +04:00)

Qalatasarayın futbolçusu imtahana dostunu göndərdi və...

Misirli futbolçu Mustafa Məhəmmədin imtahan qalmaqalı Afrika mətbuatının diqqət mərkəzindədir. 

Lent.az-ın xəbərinə görə, məşhur idmançı bu həftə Kamerunda yarışda olduğu üçün Qahirə Universitetində semestr imtahanında iştirak edə bilməyib. Çıxış yolunu tapmaq istəməsi isə vəziyyəti daha da pisləşdirib. 

Mustafa imtahana öz yerinə dostunu göndərsə də, alınmayıb. İmtahanlardan birində müəllim görüb ki, imtahana gələn şəxs Qalatasarayın 24 yaşlı futbolçusu yox, özünün 3 il əvvəl dərs dediyi məzundur. O, dərhal şikayət edib və imtahana gələn “futbolçu” saxlanılıb.

Müstəntiqlərə ifadəsində keçmiş məzun bildirib ki, məqsədi dostuna kömək etməkdir və artıq onun yerinə 3 imtahanı uğurla verib.
Prokurorluq və Qahirə Universiteti futbolçuya hansı cəzanın veriləcəyini açıqlamayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1596
avatar

Oxşar yazılar