“Qalatasaray”ın prezidenti Dursun Özbek aylıq adi şura toplantısında açıqlamalar verib.
Lent.az Türkiyə mediasına istinadla bildirir ki, “Fənərbaxça”nın baş katibi Burak Kızılhana cavab verən Özbek, rəqiblərinin futboldan çox sarı-qırmızılı klubla məşğul olduğunu bildirib:
“Qalatasaray" uğurlu olanda rəqiblərimiz futbola, "Qalatasaray"a qarşı münasibəti var idi. Biz buna qarşı deyilik. Əvvəllər də belə idi, indi də belədir. Biz bu mübarizəni "Qalatasaray" adına veririk.
Əgər biz birlik, həmrəylik içindəyiksə, nə etsələr faydası yoxdur. Sizdən indiyə qədər göstərdiyiniz dəstəyi davam etdirməyinizi xahiş edirik.
Rəqiblərimiz “Qalatasaray”la bağlı futboldan başqa hər şeylə məşğul olmağa başlayıblar. Bugünkü qəzeti oxumusunuzsa, görmüsünüz”.