PSJ klubu almaniyalı Julian Naqelsmannı baş məşqçiliyə dəvət edir.
Lent.az xarici mediaya istinadla bildirir ki, PSJ rəhbərliyi növbəti mövsümdə komandanın hazırkı baş məşqçisi Kristof Qaltye ilə yollarını ayırmaq istəyir. Əvəzində isə klub bir müddət əvvəl “Bayern Münhen”dən qovulan Naqelsmannla danışıqlara başlayıb. Alman həm də “Çelsi”nin baş məşqçisi postuna iddialıdır.
35 yaşlı Naqelsmann Almaniya Bundesliqasında 7 illik təcrübəyə malikdir.