Tiaqo Motta
25 dekabr 2020 10:52 (UTC +04:00)

Tiaqo Motta

PSJ-nin baş məşqçisi keçmiş oyunçusu ola bilər

0

“Pari Sen- Jermen”in (PSJ) keçmiş yarımmüdafiəçisi Tiaqo Motta Fransa klubunun baş məşqçisi ola bilər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, əgər argentinalı Maurisio Poçettino ilə razılaşma əldə olunmasa, parislilərin rəhbərliyi 38 yaşlı Motta ilə müqavilə variantına baxacaq.

Xatırladaq ki, Motta 2012-ci ildən 2018-ci ilədək PSJ-də çıxış edib. O, komandanın heyətində 231 oyunda iştirak edib, 12 qol vurub və 18 məhsuldar ötürmə verib.

İtaliyalı karyerasını başa vurandan sonra Parisin gənclərdən ibarət komandasının məşqçisi işləyib. Sonradan – ötən ilin oktyabr ayından dekabra qədər “Genoa” klubunun baş məşqçisi olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1628

Oxşar yazılar