PSJ azarkeşləri Neymarın evinə gələrək onu klubdan getməyə çağırıblar.
Lent.az xarici mediaya istinadla bildirir ki, PSJ ultras rəhbərliyinin istefasını tələb edərək klubun ofisinə gəlib. Onlar Messi, Neymar, Əl-Xelayfi və Verrattini də komandadan getməyə çağırıblar və Lioneli təhqir ediblər. Klub azarkeşlərin davranışını pisləyib.
Məlum olub ki, braziliyalı hücumçunun evinə azarkeşlər də gəlib. "Neymar, çıx get!" azarkeşlər futbolçunun evinin qarşısında qışqırıb.
Futbolçu özü də hadisəni təsdiqləyib və qeyd edib ki, azarkeşlər yerli vaxtla axşam saat 9 radələrində çıxıblar.