PSJ-nin güclü hücum üçlüyü Lionel Messi, Neymar və Kilian Mbappe, çox güman ki, növbəti transfer pəncərəsində dağılacaq.
Lent.az xarici mediaya istinadən bildirir ki, Paris klubunun rəhbərliyi artıq bu üçlüyü öz komandasında bir yerdə görmək istəmir. Bu barədə “RMC Sport” məlumat yayıb.
Bu qərarın səbəbləri açıqlanmır, lakin əvvəllər PSJ ilə Messi arasında münasibətlərin pisləşdiyi barədə dəfələrlə məlumat verilib. Futbolçu hələ də komanda ilə mövsümün sonunda başa çatacaq müqaviləni yeniləməyib.
Mbappe parislilərin son reklam çarxından narazı olub. Neymar mütəmadi olaraq zədə almağa davam edir, vacib matçlarda ona arxalanmağa imkan vermir.