"Neftçi"nin yoxlama oyunundakı rəqibi MƏLUM OLDU
23 mart 2023 21:30 (UTC +04:00)

"Neftçi"nin yoxlama oyunundakı rəqibi MƏLUM OLDU

"Neftçi" milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə yoxlama görüşü keçirəcək.

Lent.az xəbər verir ki, “ağ-qaralar” “Qəbələ” ilə qarşılaşacaq.

Bu matç martın 25-də baş tutacaq. Yoxlama oyunu Bakıxanov qəsəbəsindəki Türk Hava Yolları Futbol Mərkəzində təşkil olunacaq. Qarşılaşma saat 16:00-da başlayacaq.

Qeyd edək ki, "Neftçi"nin baş məşqçisi Laurentsiu Reqekampf "Qalatasaray"la oyun üçün "Qarabağ"a futbolçu verməyəcəklərini, özlərinin də yoxlama matçının olduğunu açıqlamışdı.

# 2082
avatar

Oxşar yazılar