Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, ikinci oyun günündə bir matç keçirilib.
Yeganə qarşılaşma Tovuzda baş tutub. Premyer Liqanın debütantı “Turan Tovuz” “Neftçi”ni qəbul edib.
Oyunun taleyi matçın sonlarında həll olunub. Denis Marandiçi 74-cü dəqiqədə vurduğu qolla meydan sahiblərinə minimalhesablı qələbə qazandırıb – 1:0.
Qeyd edək ki, yarımfinalın dünən keçirilən digər matçında “Qəbələ” “Səbail” üzərində 3:2 hesablı ev qələbəsi qazanıb. Cavab görüşləri aprelin 26-27-də baş tutacaq.