Dünən Bakıda keçirilən “Çempionlar Liqası”nın birinci təsnifat mərhələsində maraqlı anlar yaşanıb.
Lent.az-ın məlumatına görə, “Neftçi”-“Dinamo Tbilisi” oyununun 44-cü dəqiqəsində ev sahibinin azərkeşləri hərbi salam verərək sayğı nümayiş etdiriblər. Bununla da onlar 44 günlük Vətən Müharibəsinə öz ehtiramlarını bildiriblər.