“Roma”nın keçmiş baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında hansı kluba azarkeşlik edəcəyini açıqlayıb.
Lent.az xəbər verir ki, turnirin bütün yarımfinalçıları daha əvvəl bəlli olub. PSJ Dortmund "Borussiya"sı ilə, "Bavariya" isə "Real" ilə finala vəsiqə uğrunda mübarizə aparacaq.
“Real”ın Çempionlar Liqasını qazanmasını istərdim. Klub və Karlo Ançelotti buna layiqdir”, - Mourinyo söyləyib.
Çempionlar Liqasının ½ final mərhələsinin ilk oyunları aprelin 30-da və mayın 1-də, cavab görüşləri isə mayın 7-də və 8-də keçiriləcək. Final iyunun 1-də Londondakı “Uembli” stadionunda baş tutacaq.
Yanvarın 16-da Mourinyo A Seriyasında "Milan"a məğlubiyyətdən (1:3) sonra "Roma"nın baş məşqçisi vəzifəsindən qovulub. İşdən çıxarılan zaman komanda turnir cədvəlində 9-cu yerdə idi. Mourinyo bu vəzifəyə 2021-ci ilin mayında təyin edilmişdi.
Portuqaliyalı mütəxəssisin rəhbərliyi altında "Roma" ümumilikdə 96 oyun keçirib. Onlarda romalılar 44 qələbə qazanıb, 23 dəfə heç-heçə edib və 29 görüşdə məğlub olub. Joze Mourinyonun komandası ilə birlikdə Konfrans Liqasının qalibi olub və Avropa Liqasının finalına yüksəlib. Orada “Roma” həlledici görüşdə “Sevilya”ya penaltilər seriyasında uduzub