Futbol üzrə Azərbaycan millisinin üzvü Anton Krivotsyuk çıxış etdiyi “Daejeon” klubunda ilk qolunu vurub.
Lent.az xəbər verir ki, o, Cənubi Koreya çempionatının doqquzuncu turunda “Jeonbuk”la səfər matçında fərqlənib. İyirmi dörd yaşlı müdafiəçi 2:1 hesabı ilə qalib gəldikləri görüşdə hesabı açıb. Krivotsyuk 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Daejeon” hazırda 17 xalla 12 komanda arasında üçüncü pillədə qərarlaşıb.
Xatıradaq ki, A.Krivotsyuk bu ilin fevralında “Daejeon”a transfer olunub.