Millimizdən ikincilik mübarizəsi
25 sentyabr 2022 01:15 (UTC +04:00)

Millimizdən ikincilik mübarizəsi

Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, yığmamız Millətlər Liqasının 2022/23 mövsümündə son matçına çıxacaq.

C liqasının 3-cü qrupunda yer alan Canni de Byazinin yetirmələri Qazaxıstanı qəbul edəcək. Son iki matçında qələbə qazanan millimiz qrup qalibinə ilk məğlubiyyəti yaşatmağa çalışacaq.

Qələbə millimizi qrup ikinciliyini qorumaq baxımından zəruridir. Komandamız xal itirsə, millimizin yekunda 2-ci, yoxsa 3-cü olacağı qrupun digər oyununun nəticəsindən asılı olacaq. 

Qeyd edək ki, qrupun digər oyununda Slovakiya Belarusu qəbul edəcək.

Millətlər Liqası, VI tur
C liqası, 3-cü qrup
25 sentyabr
20:00. Azərbaycan – Qazaxıstan
Baş hakim: 
Harm Osmers
Bakı. “Dalğa Arena”

# 2148
avatar

Oxşar yazılar