Bu gün Bolqarıstanın Varna şəhərində inkişaf etməkdə olan ölkələr arasında kişi həndbolçuların IV dünya çempionatına start verilib.
Lent.az xəbər verir ki, D qrupunda yer alan Azərbaycan millisi ilk yarış günündə meydan sahibi Bolqarıstanla qarşılaşıb. Görüş 29:19 hesabı ilə bolqarların xeyrinə başa çatıb.
Komandamız qrupda növbəti matçını Nigeriyaya qarşı keçirəcək. Yalnız qrup qalibləri yarımfinala vəsiqə qazanır.
Qeyd edək ki, çempionat aprelin 30-dək davam edəcək.