Mesut Özil karyerasına SON QOYDU
22 mart 2023 16:05 (UTC +04:00)

Mesut Özil karyerasına SON QOYDU

Futbol üzrə Almaniya milli komandasının sabiq yarımmüdafiəçisi Məsut Özil idman karyerasını bitirmək qərarına gəlib.

Lent.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə məlumat verib.

“Peşəkar futboldan ayrıldığımı elan edirəm. Mən 17 ilə yaxındır ki, peşəkar futbolçu olmaq şərəfinə nail olmuşam və bu fürsətə görə minnətdaram. Ancaq son həftələr və aylar bir neçə zədə ilə böyük futbol arenasını tərk etməyin vaxtının gəldiyi getdikcə daha aydın olur", deyə Özil yazıb.

Yarımmüdafiəçinin son klubu 2022-ci ilin yayında futbolçusu olduğu Türkiyənin İstanbul şəhərinin “Başakşehir” klubu olub. Bundan əvvəl o, Türkiyənin “Fənərbaxça”, Almaniyanın “Şalke 04” və “Verder Bremen”, İngiltərənin “Arsenal” və İspaniyanın “Real Madrid” klublarında da çıxış edib.

Özil Almaniya millisi ilə 2014-cü il Dünya Çempionluğunu qazanıb. 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında o, milli komanda ilə birlikdə bürünc medallar qazanıb. Ümumilikdə o, millinin heyətində 92 oyun keçirib.

# 2160
avatar

Oxşar yazılar