Argentina millisinin futbolçusu Lionel Messi daha bir klubdan təklif alıb.
Apasport.az saytının məlumatına görə, İspaniya “Barselona”sından ayrıldıqdan sonra azad agent statusuna malik ulduza İngiltərənin “Tottenhem” klubu elçi düşüb.
London təmsilçisi cənubi amerikalını heyətə qatmaq üçün böyük pullar xərcləməyə hazırdır. Premyer Liqa klubu Harri Keynin gözlənilən satışından əldə olunacaq vəsaiti 34 yaşlı argentinalıya xərcləmək niyyətindədir.
Qeyd edək ki, Messini heyətinə qatmağa ən real namizəd Fransa PSJ-si hesab olunur.