Messinin yanına getmədi,  “Qalatasaray”a   gəlir?
01 avqust 2023 17:53 (UTC +04:00)

Messinin yanına getmədi, “Qalatasaray”a gəlir?

Serxio Ramos, daha əvvəl bildirildiyi kimi, Amerikanın “İnter Mayami” klubunda Lionel Messi ilə bir yerdə oynamayacaq.

Əfsanəvi ispan müdafiəçi okeanın o tayına  getməmək qərarına gəlib və karyerasını Türkiyə çempionatında davam etdirəcək.

Lent.az bildirir ki, "Haber Global"in məlumatına görə, 37 yaşlı futbolçu artıq "Qalatasaray"la şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

İstanbul klubu Ramosun komandadan getməyə yaxın olan Viktor Nelsonu əvəz edə biləcəyinə inanır.

Qeyd edək ki, ispaniyalı həqiqətən də "Qalatasaray"a keçsə, bunu azad agent kimi edəcək, çünki onun son iki mövsümdə oynadığı PSJ ilə artıq müqavilə öhdəlikləri yoxdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4122
avatar

Oxşar yazılar