Argentina millisi Amerika Kubokunun qalibi olub.
Lent.az xəbər verir ki, “Marakana” stadionunda keçirilən final oyununda argentinalılar Braziliyaya 1:0 hesabı ilə qalib gəliblər.
Oyundan sonra argentinalı hücumçu Lionel Messinin həyat yoldaşı Instagrama “şirin” video yerləşdirilib. Antonella Rokutsso uşaqlarının Argentina millisinin qələbəsi şərəfinə necə emosional şəkildə mahnı oxuduqlarını göstərib.
Cütlüyün Tyaqo, Mateo və Çiro adlı 3 oğlu var.
Yeri gəlmişkən, Lionel özü də mükafatlandırma mərasimindən dərhal sonra evi ilə video vasitəsilə əlaqə quraraq doğmaları ilə danışıb.
Qeyd edək ki, Argentina millisi 1993-cü ildən sonra ilk dəfə Amerika Kubokunun qalibi olub.